Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

Date: 11 January 2016 13:07

Bakı. 11 yanvar. REPORT.AZ/ Naməlum şəxslər bazar günü gecə saatlarında Kölndə 7 əcnəbiyə hücum edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis təcavüzkarların şəhərdə 20 nəfərlik qrup halında hərəkət etdiyini bildirib. Onlar əvvəlcə mərkəzi vağzalın yaxınlığında 6 pakistanlıya hücum edib. Bundan sonra ictimai asayişi pozanlar qruplara bölünüb və 5 nəfərlik qrup bir suriyalıya hücum edib.
Xatırladaq ki, bundan öncə KİV-də Yeni il qabağı Kölndə mərkəzi vağzalın yaxınlığındakı meydanda əsasını miqrantların təşkil etdiyi minə yaxın gəncin ictimai asayişi pozduğu, polisə 500-ə yaxın şikayət ərizəsinin daxil olduğu barədə məlumat yayılmışdı. Hətta qadınların sataşma, təhqir etmə və təcavüzə məruz qaldığı bildirilmişdi.
İndi istintaq əcnəbilərə hücumların bu olayla bağlılığını da araşdırır.

Tags:  Naməlum şəxslər Kölndə əcnəbilərə hücum edib

RƏYLƏR


Top news