Robert Levandovski Polşada ilin ən yaxşı idmançısı seçilib

Robert Levandovski Polşada ilin ən yaxşı idmançısı seçilib
13:08 11 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Münxenin “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski Polşada 2015-ci ilin ən yaxşı idmançısı adına layıq görülüb.
AZƏRTAC “Przeglad Sportowy” idman qəzetinə istinadla xəbər verir ki, sözügedən nəşrin təsisçiliyi ilə 1926-cı ildən verilən mükafatı indiyədək üç futbolçu qazana bilib.
2015-ci ildə keçirilmış bütün turnirlərdə 49 qol vuran forvard Polşa yığmasının “Avro-2016”nın final mərhələsinə yüksəlməsində böyük rolu olub. Bununla yanaşı, Levandovski Avropa çempionatının seçmə mərhələsinın ən yaxşı bombardiri seçilib. Polşa əsilli futbolçu Almaniya çempionatında “Volfsburq”un qapısından 9 dəqiqəyə beş top keçirməklə Ginnesin dünya rekordları kitabına da adını yazdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Robert_Levandovski_Polsada_ilin_en_yaxsi_idmanchisi_sechilib-917411

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR