Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan şahmatçıları Vüqar Həşimovun xatirəsini yad edib

Azərbaycan şahmatçıları Vüqar Həşimovun xatirəsini yad edib

Date: 11 January 2016 13:22

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür. "Report"un məlumatına görə, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanın üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyulub.
Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. 2016-cı ildə də həmin turnirin keçirilməsi üçün lazımi işlər görüləcək. 



Tags:  Azərbaycan şahmatçıları Vüqar Həşimovun xatirəsini yad edib

RƏYLƏR


Top news