Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb

Dövlət Sosial Müdafiə Fondu yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlayıb
13:23 11 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köcürülməsi artıq başa çatdırılıb. Yanvar ayının birinci yarısına qədər bu prosses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.
İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,9 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sosial_Mudafie_Fondu_yanvar_ayi_uzre_emek_pensiyalarinin_maliyyelesdirilmesine_baslayib-917414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR