Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sabiq icra başçısının qızının məhkəməsi başladı: 500 minlik dələduzluq

Sabiq icra başçısının qızının məhkəməsi başladı: 500 minlik dələduzluq

“Sumqayıt Bulvar” MMC yaradılıb (16 Mart 2017 08:37)
Sabiq rektorun məhkəməsi başladı (16 Fevral 2017 16:47)
FHN vəzifəlisi adıyla vətəndaşları aldadan dələduzun məhkəməsi başladı (16 Fevral 2017 13:52)

Tarix: 11 Yanvar 2016 13:24

 

 

Dələduzluqda təqsirləndirilən sabiq icra başçısının qızı Nigar Abdullayeva barəsindəki hökmdən kassasiya şikayəti verib. 

 

Lent.az-ın məlumatına görə, N.Abdullayevin kassasiya şikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilı yanvarın 12-də baxılacaq.

 

 

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

 

Bu il sentyabr ayının 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan N.Abdullayeva apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmənin ilkin qərarından kassasiya şikayəti verilib.


Teqlər:  Sabiq icra başçısının qızının məhkəməsi başladı 500 minlik dələduzluq



RƏYLƏR


Top xəbərlər