Bakıda iri qabaritli transformatorlar zavodu açılıb, yeni müəssisənin təməli qoyulubPrezident İlham Əliyev tədbirlərdə iştirak edib

13:38 11 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda üçüncü əczaçılıq zavodu tikiləcək (26 Aprel 2017 17:07)
Bakıda üçüncü əczaçılıq zavodu tikiləcək (26 Aprel 2017 12:47)
Prezident İlham Əliyev: "Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib" (17 Aprel 2017 12:57)


Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat verdilər. Bildirildi ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.
Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verildi. “
ATEF Şirkətlər Qrupu” ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Ümummilli lider Heydər Əliyev 1982-ci və 1986-cü illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir.
İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər.
Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə saldı.
Məlumat verildi ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.
Qeyd edildi ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar və 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.
Zavodun sərgi salonunda şirkətin müəssisələrində istehsal edilən məhsullar barədə məlumat verildi. Zavodlarda müxtəlif təyinatlı və gərginlikli yağ və güc transformatorları, açıq və qapalı tipli yarımstansiyalar, mühafizə və idarəetmə panelləri, elektrotexniki avadanlıqlar, radiatorlar, bloklar, şkaflar, ümumilikdə 200 çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində şirkətlər qrupunun zavodları 150 milyon dollarlıq məhsul ixrac edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.
Sonra Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.
Qeyd edildi ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əmək haqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Proqnoz: "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşə bilər

27 Aprel 2017 15:17

Azərbaycana humanitar yük idxalı 2 dəfə azalıb

27 Aprel 2017 15:17

Baş məşqçi: "İspaniyalı gimnastlar Dünya Kubokunda özləri haqqında söz etdirəcək" - FOTO

27 Aprel 2017 15:17

Millimiz uduza-uduza gedir

27 Aprel 2017 15:14

Alişanın yeni sevgilisini özündən çıxardılar - FOTO

27 Aprel 2017 15:12

Bakı "İnter"inin Müşahidə Şurasına yeni sədr təyin olunub

27 Aprel 2017 15:12

Tbilisi prospektində tıxac bu cür aradan qalxacaq - RƏSMİ

27 Aprel 2017 15:09

325 dollarlıq idman ayaqqabıları

27 Aprel 2017 15:08

Türkiyədə terrorçu PKK qruplaşması ilə atışmada iki hərbçi yaralanıb

27 Aprel 2017 15:07

KONMEBOL-la bağlı hesabat: 128,6 milyon dollar “yeyilib”

27 Aprel 2017 15:05

Fransada polislər güllələndi - NÖVBƏTİ TERROR AKTI

27 Aprel 2017 15:04

Yüzlərlə tank və top SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə başlaya bilər - VİDEO

27 Aprel 2017 15:03

İş axtaranların NƏZƏRİNƏ!

27 Aprel 2017 14:59

Həyatından bezənlər üçün YENİ İMKAN

27 Aprel 2017 14:53

Türkiyəli deputat: "Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir" - FOTO

27 Aprel 2017 14:52

Bakı Nəqliyyat Agentliyi beynəlxalq məsləhətçi qismində "GEMMS Group"u cəlb edib

27 Aprel 2017 14:52

Fərid: "Şəhriyar artıq şəmkirli hesab olunur"

27 Aprel 2017 14:52

RİİB-in təşkilatçılığı ilə Şəki-Zaqatala regionunda turizm bələdçiləri üçün təlim keçirilib

27 Aprel 2017 14:52

Türkiyənin gənclər və idman naziri İslamiadanın açılışına gələcək

27 Aprel 2017 14:52

18 kv metrlik qarajı lüks bağ evinə çevirdilər - FOTOLAR

27 Aprel 2017 14:48

Rasim Balayev: "Hazırda səhhətim qaydasındadır"

27 Aprel 2017 14:47

Məşhur komediya aktyorundan pis xəbər - FOTO

27 Aprel 2017 14:47

"Nazlı" romantik komediya filminin təqdimatı - FOTO

27 Aprel 2017 14:42

"Karyerasını Azərbaycanda davam etdirəcək"

27 Aprel 2017 14:42

Qızına 400 minlik toy edən məmurdan YENİ XƏBƏR - Araşdırma başladı

27 Aprel 2017 14:38

Sənət dünyasına çox ağır itki, tanınmış aktyor vəfat etdi

27 Aprel 2017 14:38

"Avropa Parlamentində Azərbaycanın nailiyyətlərinə göz yumurlar"

27 Aprel 2017 14:37

Avtobusda təcavüzə uğrayan qadından qeyri-adi İNTİQAM - FOTO

27 Aprel 2017 14:37

YUĞ Teatrında 2 yeni tamaşanın premyerası olacaq

27 Aprel 2017 14:37

“Instagram” istifadəçilərinin sayı 700 milyon təşkil edir

27 Aprel 2017 14:35

Ərdoğanı və ailəsini qoruyan polislər FETÖ-çü çıxdı - ŞOK ƏMƏLİYYAT

27 Aprel 2017 14:34

Ölümün qalib gələ bilmədiyi sevgi - FOTO

27 Aprel 2017 14:33

Bu ölkədə kişilər qadınlardan daha çox təcavüzə uğrayır - FOTO

27 Aprel 2017 14:32

"TAP lahiyəsi ilə bağlı problemlər həll edilib"

27 Aprel 2017 14:32

AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri: “Növbəti mövsüm Premyer Liqada maksimum 10 komanda olacaq”

27 Aprel 2017 14:32

DSK: Keçən il Azərbaycanda 24 649 nəfər inzibati məsuliyyətə cəlb edilib

27 Aprel 2017 14:32

Deputat: "İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin"

27 Aprel 2017 14:32

Nidaçı gəncin vəsatətləri təmin edilmədi

27 Aprel 2017 14:29

Gəncədə sevgili olan qızlar qoşulub qaçdı - ŞOK

27 Aprel 2017 14:28

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin koordinatoru həbs edilib

27 Aprel 2017 14:27

Polşa şirkəti "Qazprom"dan şikayət edib

27 Aprel 2017 14:27

Qoşunların qarşıdurma xəttində monitorinq keçirildi

27 Aprel 2017 14:23

Erməni Kardaşyanın makiyajsız FOTOları

27 Aprel 2017 14:22

İTV Yayım Şurasının yeni sədri: "Qeyri-adi yeniliyə, dönüşə ehtiyac görmürəm"

27 Aprel 2017 14:22

Azərbaycanlı iş adamı Qazaxıstanda yüksək vəzifəyə təyin edildi - FOTO

27 Aprel 2017 14:22

Ərşad Hüseynov: "Bakıda avtomobilləşmə səviyyəsi 25%-dir"

27 Aprel 2017 14:22

Məşhur hind aktyoru vəfat etdi - FOTO

27 Aprel 2017 14:18

"Bəyaz şou"da qalmaqal yaradan qadının məhkəməsi oldu - 1 il 3 ay həbs

27 Aprel 2017 14:17

"Nalbəndyanın evində olmuşam, nahar etmişəm, indi mənə salam vermir..." - FOTO

27 Aprel 2017 14:17

Almaniyalı hərbçi terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

27 Aprel 2017 14:17