“Azərbaycan folklorşünasları (1920-1950)” kitabı çapdan çıxıb

13:43 11 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Professor Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, rəyçiləri professor Kamran Əliyev və filologiya elmləri doktoru Seyfəddin Rzasoydur.
Tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiv və totalitar rejim şəraitində göstərdikləri fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib. Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azərbaycan folklorşünaslıq elminin tarixinin, onun diqqətdən kənarda qalmış bir çox məsələlərinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Yeni nəşr bu sahədə çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_folklorsunaslari_1920_1950_kitabi_chapdan_chixib-917420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR