Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvanda "donuz qripi" yayılıb? - RƏSMİ CAVAB

Naxçıvanda "donuz qripi" yayılıb? - RƏSMİ CAVAB

Date: 11 January 2016 16:10

Naxçıcan Muxtar Respublikasında "donuz qripi"nə yoluxma faktı qeydə alınmayıb.

Milli.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda "donuz qripi" virusu aşkarlanmayıb: "Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma "donuz qripi" ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb".


Tags:  donuz qripine yoluxma fakti naxcivan muxtar respublikasi donuz qripi



RƏYLƏR


Top news