Universitet birinci kurs tələbəsinin intihar səbəblərinə aydınlıq gətirdi

Universitet birinci kurs tələbəsinin intihar səbəblərinə aydınlıq gətirdi
16:05 11 Yanvar 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Birinci kurs tələbəsi Rumiyyə Qasımovanın intiharının səbəblərinin imtahan kəsirləri ilə əlaqəsi yoxdur.

Bunu Trend-ə Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat Xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib ki, yanvarın 9-da "Ana dili" fənnindən keçirilən imtahanda R.Qasımova ən aşağı - 12 bal toplayıb: "Lakin bu, hələ son demək deyildi. Belə ki, o, yenidən Alt qrupda imtahan verə bilərdi. Aşağı qiymət alması ilə bağlı o, universitet rəhbərliyinə hər hansı narazılığını bildirməyib. Tələbə yoldaşları onun ümumilikdə aşağı göstərici göstərdiyi üçün valideynləri tərəfindən tənbeh olunacağından qorxduğunu bildiriblər. Çox güman ki, səbəblər ailədaxili münasibətlərlə bağlıdır".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2478810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR