Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göygöldə meşədə qətl: odun mübahisəsi qanla bitdi

Göygöldə meşədə qətl: odun mübahisəsi qanla bitdi

Date: 11 January 2016 14:04

Göygöl rayonunda qətl törədilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yanvarın 10-da saat 14:00 radələrində rayonun Şəhriyar kəndi yaxınlığında meşədə qeydə alınıb.
 
Rayonun Gəncə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlunun üzərində 5 bıçaq xəsarəti olan meyiti aşkar olunub. Göygöl Rayon Prokurorluğu və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən Göygöl rayon Şəhriyar kənd sakini, 1995-ci il təvəllüdlü Sayfronov Şaxsaid Saynazaroviç Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
 
Məlumata görə, hadisə meşədə odun yığan zaman yaranan mübahisə zəminində baş verib.
 
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Tags:  Göygöldə meşədə qətl odun mübahisəsi qanla bitdi

RƏYLƏR


Top news