Prezident transformatorlar zavodunun açılışını edib

Prezident transformatorlar zavodunun açılışını edib
14:04 11 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev  Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat veriblər. Bildirilib ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

 

Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verilib. “ATEF Şirkətlər Qrupu” Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla özəlləşdirilən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Heydər Əliyev 1982-ci və 1986-cı illərdə bu istehsal müəssisəsində olub, kollektivlə görüşüb. Hazırda şirkət tərəfindən Bakı-Tbilisi-Qars, Bakı-Böyük Kəsik dəmir yol xəttinin, eyni zamanda, Sabirabad, Qazax, Beyləqan rayonlarında məcburi köçkünlər üçün salınan qəsəbələrin elektrik təchizatını nəzərdə tutan yarımstansiyaların quraşdırılması üzrə işlərin icrası davam etdirilir.

 

İri qabaritli transformatorlar zavodunun sınaq laboratoriyası müasir səviyyədədir. Buradakı qurğular 2,4 milyon voltadək yüksələ bilən impuls gərginliyi və 700 min voltadək dəyişən cərəyan verə bilir. Bu isə istehsal edilən transformatorların izolyasiyasını yoxlamağa imkan verir. Zavodda azərbaycanlı mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər.

 

Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə salıb.

 

Məlumat verilib ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.

 

Qeyd edildi ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar və 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Bütövlükdə isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 981 milyon manat olan 130-dan çox müasir sənaye layihəsinin maliyyələşdirilməsinə 410 milyon manatdan çox güzəştli kredit ayrılıb. Artıq bu müəssisələrdən 115-i istifadəyə verilib. Həmin müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.

 

Zavodun sərgi salonunda şirkətin müəssisələrində istehsal edilən məhsullar barədə məlumat verildi. Zavodlarda müxtəlif təyinatlı və gərginlikli yağ və güc transformatorları, açıq və qapalı tipli yarımstansiyalar, mühafizə və idarəetmə panelləri, elektrotexniki avadanlıqlar, radiatorlar, bloklar, şkaflar, ümumilikdə 200 çeşiddən artıq tam hazır məhsul və hissələr istehsal olunur. Bu məhsullar Kanada, Cənubi Afrika Respublikası, İraq, Bəhreyn, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və digər ölkələrə ixrac olunur. Üç il ərzində şirkətlər qrupunun zavodları 150 milyon dollarlıq məhsul ixrac edib. Yaxın illərdə isə ixracı 3 dəfə artırmaq üçün xarici ölkələrlə danışıqlar aparılır, müqavilələr imzalanır.

 

Sonra Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

 

Qeyd edilib ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əməkhaqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.

 

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.




















OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Toyuq alanda və bişirəndə nələrə diqqət etməliyik

30 Mart 2017 22:37

Nobel mükafatçısı vəfat etdi

30 Mart 2017 22:33

Damında bağ olan ev - FOTO

30 Mart 2017 22:32

Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?

30 Mart 2017 22:27

"Qarabağ"dan "Neftçi"yə "yubley hədiyyəsi" - FOTO/VİDEO

30 Mart 2017 22:27

Ankara Gülənin müvəqqəti həbsinigözləyir

30 Mart 2017 22:22

Emosional və zərif varlıqlar

30 Mart 2017 22:22

Ərdoğan: “Ya təslim olacaqlar, ya da...” - VİDEO

30 Mart 2017 22:18

Rəcəb ayı daxil olur, hansı əməllər yerinə yetirilməlidir?

30 Mart 2017 22:17

“Neftçi”ni sevməyənlər çoxdu" - Elxan Abdullayev

30 Mart 2017 22:17

"Qarabağ" "Neftçi"yə şans vermədi -

30 Mart 2017 22:15

TAP-la baglı sensasion xəbərdarlıq: “Ehtiyatlı olun, ruslara işləyirlər...”

30 Mart 2017 22:12

Mərdlik və alicənablığın 6 nişanəsi

30 Mart 2017 22:12

Ankara Vaşinqtondan Gülənin həbsini gözləyir

30 Mart 2017 22:09

"Kubokun qalibi olmaq istəyirlər" - Qurban Qurbanov

30 Mart 2017 22:07

Millimiz Moldovaya yenə qalib gəldi

30 Mart 2017 22:07

Çeçenistanda döyüşlər: ölənlər var

30 Mart 2017 22:05

Cazibədar Brianna Mayamidə - FOTO

30 Mart 2017 22:05

Sabah yanğın baş verərsə, Bakıda bu binalara... - FOTO

30 Mart 2017 22:05

Doğma bacısı Sevinc Osmanqızıdan üz döndərdi

30 Mart 2017 22:05

Göy-göyərti doğramaq üçün aldığı bıçaqla dostunun qardaşını öldürdü - CİNAYƏT

30 Mart 2017 22:03

"Meydan TV"-nin təxribatına cavab

30 Mart 2017 21:57

Qocanın gənc xanıma yazdığı ehtiraslı məktublar

30 Mart 2017 21:57

Qurban Qurbanov Volkan Dəmirəlin transferindən danışdı

30 Mart 2017 21:57

Ermənistanda parlament seçkilərinə üsyan

30 Mart 2017 21:57

Qəbələdə 41 yaşlı qadın özünü asdı

30 Mart 2017 21:52

Tanınmış aktrisa kurorta yollandı - FOTO

30 Mart 2017 21:52

Sabirabad sakinindən narkotik vasitə götürüldü

30 Mart 2017 21:52

Apreldən Azərbaycana "ərəblərin axını" başlayacaq

30 Mart 2017 21:47

Braziliyalı gözəl Mayamidə - FOTO

30 Mart 2017 21:47

İsraildən növbəti həbs dalğası:

30 Mart 2017 21:46

123 min dollarlıq məktub

30 Mart 2017 21:43

Metroda nə vaxt öpüşmək olar?

30 Mart 2017 21:42

Sabirabad sakini narkotiklə yenidən tutuldu

30 Mart 2017 21:39

Bakıda 28 mindən artıq "birinci sinif sorğusu" var

30 Mart 2017 21:37

Tarixin ən əxlaqsız doqquz qadını - FOTO

30 Mart 2017 21:37

Qəbələdə intihar

30 Mart 2017 21:34

Rus gözəl çempionatın simasıdır - FOTO

30 Mart 2017 21:32

İŞİD-in baş ideoloqu öldürüldü

30 Mart 2017 21:28

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

30 Mart 2017 21:27

Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz

30 Mart 2017 21:27

Məhkəmələrdə banklarla bağlı 280 min iş var

30 Mart 2017 21:27

Bu daş erməninin başına düşdü

30 Mart 2017 21:23

Üzməklə onurğanızı düzəldin

30 Mart 2017 21:22

Çin çadraya qadağa qoydu

30 Mart 2017 21:19

Təzə kartof satışa çıxdı - Qiymətlər

30 Mart 2017 21:17

Sevgililər kimsəyə fikir vermədilər - FOTO

30 Mart 2017 21:17

Əlil şəxsə böyük məbləğdə kredit verdilər - Daha bir bank özbaşınalığı

30 Mart 2017 21:12

Sevgini bəyan etməyin ailədə təsirləri

30 Mart 2017 21:12

Çiyələk sevənlərə pis xəbər - Ən zərərli...

30 Mart 2017 21:05