Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Təhsil Nazirliyində yerdəyişmə

Təhsil Nazirliyində yerdəyişmə

Date: 11 January 2016 14:05

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.

Milli.Az


Tags:  Təhsil Nazirliyində yerdəyişmə


RƏYLƏR


Top news