Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Droqbanın "Çelsi"yə keçidi baş tutmadı

Droqbanın "Çelsi"yə keçidi baş tutmadı

Tarix: 11 Yanvar 2016 14:07

Droqbanın "Çelsi"yə  keçidi baş tutmadı.


"Monreal İmpekt"in futbolçusu Didye Droqba bu mövsüm "Çelsi"yə qayıtmayacaq.


Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Quus Hiddink məlumat verib. O, bu mövsüm 37 yaşlı futbolçunun "Çelsi"nin məşqçilər heyətinə daxil edilməyəcəyini vurğulayıb. Səbəb onun Kanada klubu ilə müqaviləsinin davam etməsidir.


Qeyd edək ki, D.Droqbanın "Monreal İmpekt"lə müqaviləsi bu ilin iyulunda başa çatacaq.


Xatırladaq ki, "Çelsi" D.Droqbanı Q.Hiddinkin köməkçisi vəzifəsinə gətirmək üçün "Monreal İmpekt"lə danışıqlar aparırdı.


Fanat.az


Teqlər:  Droqbanın Çelsiyə keçidi baş tutmadı



RƏYLƏR


Top xəbərlər