Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Boks üzrə Bakı birinciliyinə yekun vurulub

Boks üzrə Bakı birinciliyinə yekun vurulub

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub (28 Fevral 2017 20:17)
Cüdo üzrə Azərbaycan birinciliyinə start verildi (14 Fevral 2017 14:57)
Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq (13 Fevral 2017 20:02)

Tarix: 11 Yanvar 2016 14:23


Bakı, 11 yanvar, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən boks üzrə paytaxt birinciliyinin qalibləri müəyyənləşib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçirilən birincilikdə 22 klubdan 190 idmançı mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan Xandəmirov (44 kq), Fərid Səfərli (46 kq), Nəbi İskəndərov (48 kq), Amid Əlizadə (50 kq), Amil İsayev (52 kq), Elmir Novruzov (54 kq), Məhəmmədəli İsmayılov (57 kq), Xəqani Zeynalov (60 kq), Əli Hacıməmmədzadə (63 kq), Ruslan Məmmədov (66 kq), Rəcəb Niftəliyev (70 kq), Zaur Musayev (75 kq), Elmir Zeynalov (80 kq) və Vüqar Səmədov (80 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda ilk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.



Teqlər:  Boks üzrə Bakı birinciliyinə yekun vurulub



RƏYLƏR


Top xəbərlər