Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ancaq Zəlimxanı fikirləşirəm"

"Ancaq Zəlimxanı fikirləşirəm"

Date: 11 January 2016 14:35

Aşıq Telli Borçalı xalq şairi Zəlimxan Yaqubun ölümündən danışıb.

Axşam.az musavat.com-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən aşıq bildirib ki, şairin ölümünü qəbul edə bilmir:

"Mənim üçün çox çətindir, pis olmuşam. Ancaq Zəlimxanı fikirləşirəm. O əbədi qəlbimizdə yaşayacaq. İllər keçsə də, Zəlimxan Zəlimxan olaraq qalacaq. Onu sonrakı nəsillər də tanıyacaq. Zəlimxan ömürlük insanların ürəyində qalacaq. Zəlimxan danışanda sarayları tərpədirdi. Azərbaycan xalqının başı sağ olsun. Zəlimxanı zarafatcıl, xeyirxah insan olaraq xatırlayacağıq. Heç kimə yuxarıdan aşağı baxmayıb. Fəxri Xiyabana insan axını var. Türkiyədən, İrandan mənə şairin ölümü ilə bağlı zəng edirlər. Ölümündən əvvəl tədbirlərdə görüşmüşük. Onun səhhətini soruşanda deyirdi ki, "vəziyyətimə yaşamaq deyirlərsə, yaşayıram. Allah ölümümə fərman verəndə bu dünyadan köçəcəm". Yəqin çox ağrıyırdı, əziyyət çəkirdi".


Tags:  asiq telli borcali telli borcali zelimxan yaqub zelimxan yaqubun olumu

RƏYLƏR


Top news