Almanlar qaçqınların qəbuluna məhdudiyyəti bərpa etməyin tərəfdarıdırlar

Almanlar qaçqınların qəbuluna məhdudiyyəti bərpa etməyin tərəfdarıdırlar
14:28 11 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 11 yanvar, AZƏRTAC 
Almanların əksəriyyəti Bavariyanın Baş naziri Xorst Zeyexoferin 2016-cı ildə qaçqınların qəbulunu 200 min nəfərədək məhdudlaşdırmaq təklifini dəstəkləyir. Bunu “Emnid” Tədqiqat İnstitutunun keçirdiyi sosial sorğunun bazar ertəsi səhər saatlarında açıqlanmış nəticələri təsdiqləyir. Sorğu edilənlərin 48 faizi təklif edilmiş limitin tətbiqinə, 44 faizi isə əleyhinə səs verib.
“Emnid”in tədqiqatı almanların seçkiqabağı əhval-ruhiyyəsini də əks etdirib. Sorğuya əsasən, Almaniya Sosial-Demokrat (23 faiz) və “Almaniya üçün alternativ” (8 faiz) partiyaları tərəfdarlarının 1 faizini itiriblər. Xristian Demokratlar İttifaqı – Xristian Sosialistlər İttifaqı (39 faiz) bloku və solları (10 faiz) dəstəkləyənlər əvvəlki səviyyədə qalıb. “Yaşıllar”ın tərəfdarlarının sayı 1 faiz (10 faiz) artıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almanlar_qachqinlarin_qebuluna_mehdudiyyeti_berpa_etmeyin_terefdaridirlar-917438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR