Bakı şəhəri üzrə fənn müsabiqələrinin yekun mərhələsi keçirilib

Bakı şəhəri üzrə fənn müsabiqələrinin yekun mərhələsi keçirilib
14:28 11 Yanvar 2016
68 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Bakı şəhəri üzrə dörd mərkəzdə - 18, 138, 252, 276 nömrəli məktəblərdə fənn müsabiqələrinin üçüncü - yekun mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” müvafiq əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında təşkil edilib.
Beş fənn üzrə müsabiqədə fizika, kimya, biologiya və informatika fənləri üzrə VIII, riyaziyyat fənni üzrə isə VII sinif şagirdləri iştirak ediblər. Onlara test suallarını cavablandırmaq üçün 1,5 saat vaxt verilib.
Fənn müsabiqələrində fərqlənən məktəblilər BŞTİ tərəfindən mükafatlandırılacaqlar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_seheri_uzre_fenn_musabiqelerinin_yekun_merhelesi_kechirilib-917439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR