Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Yazırlar ki, uşağının atası kimdir?" - Sorğu

"Yazırlar ki, uşağının atası kimdir?" - Sorğu

Date: 11 January 2016 14:58

Sənət aləminin tanınmış simaları sosial şəbəkədə ünvanlarına yazılan təhqirlərə qarşı çıxıblar.

Axşam.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişi məşhurlar arasında sorğu apararaq, onların fikirlərini soruşub:

Əməkdar artist Abbas Bağırov:

“Tərbiyyəsi, şəxsiyyəti olmayan insanlardır. Mübarizə aparılmasa, vərdiş halına çevriləcək və davam edəcək”.

Rəqqasə Fatimə Fətəliyeva:

“Yazırlar ki, “Bunun sponsoru görəsən kimdir? Uşağının atası kimdir?” Sizin nəyinizə lazımdır? Bu gün xoş danışırıq. Amma alınmasa, məhkəmədə görüşəcəyik. Mənə yazırlar keçirəm. Qızım Aydanın 20 yaşı var, yanaqları, dodağı böyükdür. Yazırlar botoks etdirib. Qız uşağına şər atmaq olmaz”.

Aparıcı Afaq Gəncəli:

“Oturmuşuq evimizdə. Bir də görürsən yazırlar ki, filan yerdəsən, yemək yeyirsən. Get işinlə məşğul ol da. Telefon arxasında şirə dönənlərdən birini kimsə tapıb cəza verər. Evinizdə olan valideynlərinizə hörmət edin”.

Müğənni Günay İbrahimli:

“Tanınmışlar sosial şəbəkədə yazılan təhqirlərdən əziyyət çəkirlər. Şəkili diqqətlə paylaşırsan ki, irad tutmasınlar. Biri var tənqid, biri də var söyüşlə təhqir yazırlar. Uşaq da girib baxır, böyük də. Olmaz... Çox istəyərdim ki, bir orqan təşkil olunsun, bu işə ciddi baxılsın”.

Aparıcı İlkin Həsəni:

“Düşüncələri dar, özlərinə güvəni itirmiş insanlardır. İçindəkiləri real həyatda deyil, sosial şəbəkədə boşaldırlar. Müəyyən cəza var. Hətta hüquq mühafizə orqanları onları məsuliyyətə cəlb də bilərlər”.


Tags:  atv maqazin onlarla taninmis simalar

RƏYLƏR


Top news