Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq İranın 93 hərbçisinin cəsədini qaytardı

İraq İranın 93 hərbçisinin cəsədini qaytardı

Date: 11 January 2016 14:32

İraq hökuməti 1980-1988-ci il İran-İraq müharibəsi zamanı həlak olan 93 iranlı hərbçinin cəsədini ölkəsinə geri qaytarıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cənazələrin qaytarılması ilə bağlı tədbir iki ölkənin sərhəddindəki Şalamça gömrük məntəqəsində baş tutub.

Məlumata görə, həmin hərçbilər 1988-ci ildə İraqın Məcnun adası və Fao yarımadasında gedən döyüşlərədə həlak olublar.

Həlak olmuş iranlı əsgərlərin cənazəsi Əhvaz şəhərinə gətirilib və buradakı dini ayindən sonra ailələrinə təhvil verilib.

Beynəlxalq Qırmızı Xaç Komitəs, İran və İraq hökumətlərinin yaratdırları ortaq komissiya hesabına müharibədən itkin düşən və həlak olanların cəsədlərinin qaytarılması ilə məşğul olur. 1980-1988-ci il İran-İraq müharibəsi zamanı 1,5 milyona qədər insan həlak olub.

Milli.Az


Tags:  İraq İranın 93 hərbçisinin cəsədini qaytardı


RƏYLƏR


Top news