“Greencar” Dövlət Bayrağı Meydanı ərazisində enerjidoldurma məntəqəsini istifadəyə verib

“Greencar” Dövlət Bayrağı Meydanı ərazisində enerjidoldurma məntəqəsini istifadəyə verib
14:38 11 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
“GreenCar” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakıda daha bir enerjidoldurma məntəqəsi quraşdırılıb.
“GreenCar”dan AZƏRTAC-a bildirilib ki, elekromobillər üçün yeni enerjidoldurma məntəqəsi Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində quraşdırılıb. Bununla da “GreenCar”ın paytaxtdakı enerjidoldurma məntəqələrinin sayı 3-ə çatıb. Buna qədər belə məntəqələr Heydər Əliyev Mərkəzinin parkındakı parkinqdə və “Park Bulvar” alış-veriş mərkəzinin üst parkinq ərasizində quraşdırılmışdı.
Elektrik nəqliyyat vasitələrinin satış mərkəzi olan “GreenCar” MMC-nin IDEA və “Azərişıq” la birgə layihəsi çərçivəsində isə ümumilikdə Azərbaycanda 20 enerjidoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulur. Bakıdan sonra bölgələrdə də belə məntəqələr qurulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Greencar_Dovlet_Bayragi_Meydani_erazisinde_enerjidoldurma_menteqesini_istifadeye_verib-917443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR