Mağazalardan oğurluq edən 7 nəfər saxlanılıb - AZƏRBAYCANDA

Mağazalardan oğurluq edən 7 nəfər saxlanılıb - AZƏRBAYCANDA
14:44 11 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mağazalardan oğurluq edən 7 nəfər saxlanılıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə,  yanvarın 7-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Bakı şəhər sakini Rüfət Əkbərova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə geyim və məişət əşyaları oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Bəxtiyar Ramazanov, Rusif Quliyev və Fərruh Mirzəyev tutulub.

 

Biləsuvarda da bənzər hadisə baş verib. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də rayon sakini Tofiq Eyvazova məxsus mağazadan ərzaq məhsulları və tütün məmulatı oğurlamış həmyerliləri Elsevər Rzayev və əvvəllər məhkum olunmuş Heydər Qasımov tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Şəhadət Mirzəyevə və Balayar Teymurova məxsus “KamAZ” markalı avtomobillərdən, Səbuhi Qurbanova məxsus mağazadan, habelə rayonun Xırmandalı kənd sakini Cəmil Kazımova məxsus mağazadan oğurluq etmələri də müəyyən edilib.

 

Balakəndə ötən il dekabrın 12-də rayon sakini Rüstəm İbadova məxsus mağazadan oğurluq etmiş həmyerliləri Əhməd Musayev və əvvəllər məhkum olunmuş Kamran Vasayev tutulmuşlar. Ə.Musayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 5 rayon sakininə məxsus mağazalardan oğurluq etməsi də müəyyən edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR