Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbolçuları aparan avtobus qəzaya düşdü: 20 ölü - Fotolar

Futbolçuları aparan avtobus qəzaya düşdü: 20 ölü - Fotolar

Date: 11 January 2016 14:49

Meksika futbolunda bədbəxt hadisə yaşanıb. Apasport.az saytı xəbər verir ki, ölkənin cənubunda adı açıqlanmayan həvəskar futbol komandasının oyunçularını və azarkeşlərini aparan avtobus körpüdən aşıb.

Qəzaya sürücünün avtobusu yüksək sürətlə idarə etməsi səbəb olub. İdarəetməni itirən sürücü avtobusun körpüdən aşmasına əngəl ola bilməyib. Hadisə nəticəsində 20 nəfər dünyasını dəyişib. Daha 25 nəfər isə xəsarət alıb.

Meksika prezidenti Enrike Penya Nieto “Twitter”də paylaşdığı açıqlamada hadisədən məyus olduğunu dilə gətirib və vəfat edənlərin yaxınlarına başsağlığı verib.  





Tags:  futbolda bedbext hadise avtobus korpuden asib

RƏYLƏR


Top news