Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Azarkeşlər Fransa millisindən daha çox, məni görməyə şad olacaq"

"Azarkeşlər Fransa millisindən daha çox, məni görməyə şad olacaq"

Date: 11 January 2016 14:52

PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç karyerası barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu maraqlı açıqlamalar səsləndirib.
"Meydanda hər zaman maksimum bacarığımı göstərməyə çalışıram. Statistika yaxşıdır və bu tepmdə davam etmək lazımdır. İlk gündən bəri Parisə tarix yazmaq üçün gəlmişəm. Bu gün tarix yazdığımı deyə bilərəm. Amma bu, hələ son deyil.

Komandanın uğurları mənim üçün ən əhəmiyyətli olsa da, şəxsi mükafat qazanmağa da hər zaman sevinirəm. Karyeram ərzində oynadığım hər klub dominantlıq edib. Çünki həmin komandada olmuşam. Oyunu uduzanda vəhşiyə dönürəm. Uduzmaq mənim üçün normal hal deyil. Əminəm ki, Avropa çempionatında fransız azarkeşlər Fransa millisindən daha çox, məni görməyə şad olacaq".

Milli.Az


Tags:  Azarkeşlər Fransa millisindən çox məni görməyə şad olacaq

RƏYLƏR


Top news