Mağazalara qənim kəsilənlər saxlanıldılar

Mağazalara qənim kəsilənlər saxlanıldılar
14:52 11 Yanvar 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə oğurluq edən şəxslər qanundan yayına bilməyiblər. Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin keçirdiyi axtarış əməliyyat tədbirləri nəticəsində rayonda ərzaq mağazalarını soyan iki nəfər saxlanılıb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, son günlər Balakən Rayon Polis Şöbəsinə oğurluqla bağlı bir neçə müraciət daxil olub. Müraciətlər əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu tədbirlər nəticəsində bir neçə mağazadan oğurluq edən şəxslər - 1972-ci il təvəllüdlü, əvvəllər məhkumluq həyatı yaşamış Balakən şəhər sakini Vasayev Kamran Abdul oğlu və 1981-ci il təvəllüdlü rayonun Talalar kənd sakini Musayev Əhməd Vəli oğlu şübhəli şəxs qismində saxlanılıblar. İstintaq tədbirləri nəticəsində həmin şəxslər tərəfindən rayon sakinlərinə məxsus beş ərzaq mağazasının soyulduğu məlum olub. Belə ki, həmin mağazalardan ümumilikdə 4 min manat dəyərində müxtəlif növ tütün məmulatları və ərzaq məhsulları aparılıb.

Saxlanılan şəxslər bu cinayətləri imkansızlıq səbəbindən törətdiklərini etiraf ediblər.

Məlum olub ki, onlar, əsasən, gecə saatlarında, xüsusi maskalardan istifadə etməklə mağazaların arxa qapılarının qıfıllarını sındırıb içəri daxil olurmuşlar.

Hazırda adıçəkilən şəxslərin başqa cinayət əməllərində iştirakının olub olmaması araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/396927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR