"Borussiya" (Dortmund)un hücumçusu Pyer-Emerik Obameyanq 2015-ci ildə Afrikanın ən yaxşı oyunçusu seçilməsiylə bağlı təəssüratlarını bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bild"ə açıqlamasında 25 yaşlı hücumçu bunları deyib:
"Özümü xoşbəxt hiss edirəm. Hər kəs məni təbrik etdi. Özümü ölkə prezidenti kimi hiss etdim. Öz qitəmdə ən yaxşı olmaq mənim üçün şərəfdir. Qabona gələndə adətən görmədiyim mənzərə ilə qarşılaşdım. Küçələr adamla dolu idi, hər kəs mənə dəstək verirdi. Elə bildim, Maykl Ceksonam".
Milli.Az