Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qara yumor" efirlərdən yığışdırılıb" - ​MTRŞ

"Qara yumor" efirlərdən yığışdırılıb" - ​MTRŞ

MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı AÇIQLAMA (23 Fevral 2017 13:13)

Tarix: 11 Yanvar 2016 15:06

Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və "qara yumor"dan istifadə olunan verilişlər yığışdırılıb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "qara yumor" vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan "Bu da bu", "Komedi.az" kimi verilişlər dayandırılıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır.

Teqlər:  Qara yumor efirlərdən yığışdırılıb MTRŞ



RƏYLƏR


Top xəbərlər