Azərbaycan Prezidenti İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib

15:08 11 Yanvar 2016
222 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əvvəlcə Qurani-Kərimdən ayələr oxundu.
Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verdi.
Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salındı.
Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
X X X
Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olundu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_xalq_sairi_Zelimxan_Yaqubun_vida_merasiminde_istirak_edib-917449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR