Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakıda ekstrasensi öldürən şəxsin məhkəməsi təxirə salınıb

Date: 11 January 2016 15:12

"Report"un xəbərinə görə, cinayət işinə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılır. Təqsirləndirilən şəxsin vəkili məhkəməyə gəlmədiyinə görə proses təxirə salınıb. 
Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin mart ayının 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə 1970-ci il təvəllüdlü Tahir Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış. Səbail Rayon Polis İdarəsindən (RPİ) 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı hadisəni törədən Goranboy rayon Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlu saxlanılaraq istintaqa təqdim olunub.
İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cahangirov din xadimini yazdığı duaya görə öldürüb. Belə ki, M.Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə, T.Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub, işində problemlər yaranıb, ağrıları da çoxalıb. Bu səbəbdən M.Cahangirov din xadimindən intiqam almaq istəyib.

Tags:  Bakıda ekstrasensi öldürən şəxsin məhkəməsi təxirə salınıb

RƏYLƏR


Top news