Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Barsa" və "Real"ın alman mübarizəsi

"Barsa" və "Real"ın alman mübarizəsi

Date: 11 January 2016 15:12

"Şalke"nin yarımmüdafiəçisi Leroy Sane karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu La Liqa nəhənglərinin maraq dairəsinə düşüb.

Əzəli rəqiblər "Barselona" və "Real" Almaniya millisinin debütantı uğrunda mübarizəyə qoşulublar. Hər iki komanda artıq almanlara rəsmi təklif göndərib. Lakin İspaniya nəhəngləri bu mübarizədə tək deyillər. "Mançester Siti" də Saneni heyətinə qatmaq niyyətindədi. Futbolçunun 2019-cu ilə qədər məxsus olduğu "Şalke" isə onun keçidindən yüksək məbləğdə pul qazanmağı planlaşdırır.

Qeyd edək ki, bu mövsüm Bundesliqanın 17 matçında iştirak edən Leroy Sanenin aktivində 4 qol və 4 məhsuldar ötürmə var.

Milli.Az


Tags:  Barsa Realın alman mübarizəsi

RƏYLƏR


Top news