Bütün ailə üzvləri üçün yüksəksürətli internet

Bütün ailə üzvləri üçün yüksəksürətli internet
15:18 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

KATV1 sərfəli qiymətlə ən son "Ethernet" texnologiyası üzərindən internet təqdim edir. Abunəçiyə yüksək buraxılış qabiliyyətinə malik fərdi optik kanal təqdim olunur ki, bu da bağlıntının yüksək keyfiyyətini, hətta həddən artıq yüklənmə zamanı və günün istənilən vaxtı sabit sürəti, fasiləsiz, kəsintisiz və itkisiz rabitəni təmin edir.

“Yüksəksürətli məhdudiyyətsiz internet+TV” paketinə qoşulma bonus kampaniyası 31 yanvar 2016-cı il tarixində başa çatır. Fevral ayından başlayaraq istifadəçilər əsas telekanallar paketi üçün 10 manat, internet üçün isə müvafiq standart tarif planına əsasən (100Mbit/s-ə qədər sürət 18 manatdan başlayaraq) ödəyəcəklər.

Qeyd edək ki, gecə saat 00:00-dan səhər saat 12:00-dək bütün istifadəçilər üçün internetin sürətini iki dəfə artırılır.

Ən son "Ethernet" texnologiyası ilə internetdən istifadə daha rahat olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2478881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR