Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib

Prezident İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib

Date: 11 January 2016 15:31

Milli.az AZƏRTAC-a istinadən bildirir ki, yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Qurani-Kərimdən ayələr oxundu. Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verdi. Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salındı.

Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

X X X

Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri xiyabanda dəfn olundu.


Tags:  zelimxan yaqub defn olundu zelimxan yaqubun defn merasimi kecirilib ilham eliyev zelimxan yaqubun vida merasimi


RƏYLƏR


Top news