Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Əli Kərimlinin müşavirinin məhkəməsində: "Yaddaşım pozulub"

Əli Kərimlinin müşavirinin məhkəməsində: "Yaddaşım pozulub"

Date: 11 January 2016 15:29

Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə zərəçəkmiş Oruc Vəliyev ifadə verib.  Onun məhkəmədə verdiyi ifadəsi ilə ilkin istintaq zamanı verdiyi ifadə arasında ziddiyətlər olub. Oruc Vəliyev bunu yaddaş pozuntularının olması ilə izah edib.

 

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

 

Qeyd edək ki, Məmməd İbrahim 2015-ci ilin sentyabrın 30-da AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı irəli sürülən ittiham  ağırlaşdırılaraq CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub.


Tags:  Əli Kərimlinin müşavirinin məhkəməsində Yaddaşım pozulub

RƏYLƏR


Top news