"Necə olur ki, kritik vəziyyətdə olan hansısa qadının hamiləliyi ölümlə nəticələnir?"

"Necə olur ki, kritik vəziyyətdə olan hansısa qadının hamiləliyi ölümlə nəticələnir?"
15:37 11 Yanvar 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu ildən başlayaraq, Azərbaycanda kritik vəziyyətdə olan və ölümlə nəticələnə bilən hamiləliklərin səbəbi Səhiyyə Nazirliyi tərəfindən yeni yaradılan xüsusi komissiya tərəfindən araşdırılacaq.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva Trend-ə deyib ki, artıq bununla bağlı Doğuşayardım Komissiyasının nəzdində xüsusi komissiya yaradılıb: "İndi hamiləliklə bağlı kritik vəziyyətlər çoxdur. Necə olur ki, kritik vəziyyətdə olan hansısa qadının hamiləliyi ölümlə nəticələnir, hansısa qadının həyatını xilas edə bilirik? Xüsusi komissiya bu halları araşdıracaq. Analiz edilməlidir ki, belə hallar niyə baş verir? Komissiya ana ölümlərinin qarşısının alınması üçün yaradılıb".

L.Rzaquliyeva əlavə edib ki, komissiya ağır vəziyyətdə olan hamiləliklərin araşdırılması ilə məşğul olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR