Maaş və pensiyalar nə vaxta qalxa bilər?

Maaş və pensiyalar nə vaxta qalxa bilər?
15:49 11 Yanvar 2016
192 Sosial
Ölkə mətbuatı
A- A+

"2016-cı il çətin il olsa da, Azərbaycanda iqtisadi göstəricilərdəki dayanıqlıq qorunub saxlanılacaq".

Bunu Milli.az-a açıqlamasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışına münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Dövlət başçısının sədrliyi ilə hökumətin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında bir sıra vacib məqamlara toxunuldu və cari il ərzində əsasən hansı hədəflərə çatmaq tələb olunduğu açıq ifadə edildi: "Bunlardan ən çox diqqəti cəlb edənsə prezident İlham Əliyevin neftin dünya bazar qiymətlərinin enməsinin iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu və bunun da manatın devalvasiyasını şərtləndirdiyini, ümumiyyətlə, iqtisadiyyata təsirini bir daha qeyd etməsi, habelə, Azərbaycanda istehsal edilən malların əslində heç də bahalaşmamalı olduğunu, eləcə də 2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumətin müvafiq təkliflər hazırlaması üçün tapşırıq verməsi oldu".

İqtisadçının sözlərinə görə, düzdür, ötən il iqtisadiyyatda artım davam edib, ÜDM 1 %-dən çox, sənaye istehsalı 2,4 % çoxalıb, qeyri-neft sənayesi isə 8,4 % yüksəlib, il ərzində ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Bütün bunlara rəğmən, makroiqtisadi dayanıqlıq kifayət qədər sarsılıb: "Belə ki, istehlak bazarına təzyiq artıb, manatın ucuzlaşması ilə əlaqədar qiymətlərin yüksəlməsi üçün real zəmin yaranıb, dövlət büdcəsindən xərcləri bacardıqca maksimal səviyyədə azaltmaq tələbi ortaya çıxıb.

Əlbəttə, xarici valyutanın bahalaşması ilə əlaqədar olaraq idxal məhsullarının qiymətləri artmalıdır, lakin bu, yerli istehsala aid mallarda özünü göstərməməlidir. Prezident də bunu qeyd etdi ki, istehlak qiymətlərinə ciddi nəzarət olunmalıdır və manatın ucuzlaşmasına görə bəzi işbazların əlavə qazanc əldə etmək istəklərinin reallaşmasına imkan verilməməlidir".

Ekspert dövlət başçısının maaş və pensiyaların qaldırılması ilə bağlı verdiyi tapşırığı təqdirəlayiq adlandırıb və onun icrası ilə bağlı bəzi problemlərin həllinin vacib olduğunu vurğulayıb:

"Dövlət başçısı cari ildə pensiya və əmək haqlarının artırılması üçün hökumətə təkliflər hazırlamağı tapşırdı. Lakin bizcə, yerli məhsulların qiymətlərinin süni artımının qarşısı alınmasa, maaş və pensiya məbləğlərinin yüksəldilməsi əlavə mənfi təsirlər yarada bilər. Odur ki, bunlar əlaqəli məsələlərdir və hər ikisinə paralel yanaşmaq lazımdır. Bu mənada prezident İlham Əliyevin inzibati vasitələrdən istifadənin vacib olduğunu bəyan etməsi təqdirəlayiq haldır.

Dövlət başçısı 2016-cı ildə struktur islahatların aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımlar atılacağını da dedi. Hesab edirəm ki, bu, dövlət büdcəsindən xərcləri bacardıqca maksimal səviyyədə azaltmaq tələbiylə əlaqədar həyata keçiriləcəkdir. Bu, özü də sosial istiqamətdə ödənişlərdə sanballı artımlara getmək üçün vacib şərtdir. İnzibati xərclərin ixtisarına getmədən sosial maliyyələşdirməni genişləndirmək fəlakətli nəticələrə gətirib çıxara bilər.

Fikrimcə, yaxın günlərdə əmək pensiyalarının sığorta hissəsinin keçənilki inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacağına dair prezident fərmanının imzalanacağının şahidi olacağıq. Ancaq bütövlükdə büdcə təşkilatlarında maaş artımları ilə pensiya məbləğlərinin, həmçinin, bəzi sosial müavinətlərin yüksəldilməsi, çox güman ki, bayaq qeyd etdiyimiz istiqamətlərdə kompleks tədbirlər həyata keçirilməsi ilə birgə baş tutacaq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən Şimali Koreyaya sərt XƏRƏBDARLIQ

29 İyul 2017 15:58

Dənizdə batan 2 nəfər xilas edildi

29 İyul 2017 15:57

Azərbaycandan tütün ixracı 5% artıb

29 İyul 2017 15:57

Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı

29 İyul 2017 15:57

Abituriyentlərin NƏZƏRİNƏ - Bu VİDEOnu mütləq izləyin

29 İyul 2017 15:52

Hacıqabul sakinindən 3 kq-dan çox narkotik götürülüb

29 İyul 2017 15:49

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

29 İyul 2017 15:46

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

29 İyul 2017 15:43

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42

Rusiyalı ulduzun Bakıda lüt FOTOları çəkildi

29 İyul 2017 15:37

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

29 İyul 2017 15:33

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər

29 İyul 2017 15:32

Tarixin ən güclü futbolçularından ibarət siyahı hazırlandı

29 İyul 2017 15:32

Ermənistanın növbəti hiyləsi İFŞA OLUNDU - Müdafiə Nazirliyi

29 İyul 2017 15:29

DİM-dən abituriyentlər üçün VİDEO-ÇARX

29 İyul 2017 15:24

Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

29 İyul 2017 15:23

Evli iş adamı ilə nişanlandı - FOTO

29 İyul 2017 15:22

Müdafiə Nazirliyindən vətəndaşlara sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ - "Diqqətli olun"

29 İyul 2017 15:22

Şimali Koreya liderindən bəyənat:

29 İyul 2017 15:21

MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

29 İyul 2017 15:17

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

29 İyul 2017 15:12

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

29 İyul 2017 15:12

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

29 İyul 2017 15:03

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

29 İyul 2017 15:02

Dünyanın ən çox maaş verilən şəhərləri açıqlanıb

29 İyul 2017 15:02

"Lider"in aparıcısının toyu oldu - FOTO

29 İyul 2017 14:59

"2pac: Əfsanə"nin premyera öncəsi nümayişi "CinemaPlus"da - FOTO

29 İyul 2017 14:57

101 milyonluq futbolçu "Real"dan ayrılır - hara gedir?

29 İyul 2017 14:57

Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında

29 İyul 2017 14:52

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL

29 İyul 2017 14:47

Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb

29 İyul 2017 14:42

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

29 İyul 2017 14:37

Pakistanda partlayış

29 İyul 2017 14:37

Futbol tarixinin ən yaxşıları müəyyənləşdi - İLK BEŞLİK

29 İyul 2017 14:34

Bu abituriyentlər jurnalistika ixtisasını seçə biləcəklər

29 İyul 2017 14:29

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA

29 İyul 2017 14:28

Yayın ən dadlı salatı

29 İyul 2017 14:28

İmtahanın cavabları açıqlandı

29 İyul 2017 14:27

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

29 İyul 2017 14:27

O da silikon taxdırdı - FOTO

29 İyul 2017 14:27

Sabiq "Xəzər Lənkəran"lı Türkiyə millisində?

29 İyul 2017 14:27

UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:22

Hamı Demet Akalının və Hadisənin bu görüntüsündən danışır - VİDEO

29 İyul 2017 14:19

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi

29 İyul 2017 14:17

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

29 İyul 2017 14:17

Lüks oteldə güclü yanğın

29 İyul 2017 14:17

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

29 İyul 2017 14:12

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

29 İyul 2017 14:12

ABŞ-ın hərbi texnikası Gürcüstanda - FOTOSESSİYA

29 İyul 2017 14:09