Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Ermənistan-Türkiyə sərhədinə müasir silah yerləşdirdi

Rusiya Ermənistan-Türkiyə sərhədinə müasir silah yerləşdirdi

Date: 11 January 2016 15:42

Rusiya Ermənistanda yerləşən 102-ci hərbi bazasını müasir silahlarla gücləndirməkdə davam edir. Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bazaya "Taxion" pilotsuz uçuş aparatları daxil olub. 40 kilometr məsafəyə qədər ərazidə əlverişsiz hava şəraitində belə, uça bilən "Taxion" kəşfiyyat məlumatları toplamağa qadirdir.

Rusiya Cənub Hərbi Dairəsinin məlumatına görə, hazırda yeni aparatların Türkiyə ilə sərhəddə uçuş sınaqları keçirilir. 

Bundan əvvəl, Rusiya 102-ci hərbi bazanın aviasiya hissələrini 13 döyüş və nəqliyyat vertolyotu ilə gücləndirmişdi.

Milli.Az


Tags:  Rusiya Ermənistan-Türkiyə sərhədinə müasir silah yerləşdirdi


RƏYLƏR


Top news