Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arvadını 2000 manata öldürtdürən kişinin "səbəbləri"

Arvadını 2000 manata öldürtdürən kişinin "səbəbləri"

Date: 11 January 2016 15:52

Daxili İşlər Nazirliyi həyat yoldaşını öldürmək üçün pulla qatil tutan şəxsin cinayəti haqda məlumat yayıb.

Milli.az bildirir ki, DİN-dən Report-a verilən xəbərə görə, yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsik xəsarətləri olan meyidi Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulublar.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 

Onun Zabrat-Maştağa yolunun üstündə böyük ticarət obyekti var və o, əsasən meyvə-tərəvəz məhsullarının topdan satışı ilə məşğul olurmuş.

Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R. Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S. Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib.
 
R. Rzayev isə S. Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.


Tags:  heyat yoldasini oldurmek pulla qatil tutan

RƏYLƏR


Top news