Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Vəkili Natiq Kərimovla görüşüb

​Vəkili Natiq Kərimovla görüşüb

Date: 11 January 2016 15:47

"Natiq Kərimovun saxlanma şəraitindən narazılığı yoxdur"
Bakı. 11 yanvar. REPORT.AZ/ Vəkil Əyyub Ələkbərov barəsində həbs qətimkan tədbiri seçilmiş Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovla görüşüb.
Bu barədə "Report"a vəkilin özü məlumat verib.
Ə.Ələkbərovun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılan N.Kərimovun səhhəti normaldır. Vəkil bildirib ki, o, saxlanma şəraitindən narazı deyil.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar Natiq Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tags:  Vəkili Natiq Kərimovla görüşüb

RƏYLƏR


Top news