20 adam Avropa şəhərini qorxu içində saxlayır

20 adam Avropa şəhərini qorxu içində saxlayır
15:52 11 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Naməlum şəxslər bazar günü gecə saatlarında Kölndə 7 əcnəbiyə hücum edib.

Report xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis təcavüzkarların şəhərdə 20 nəfərlik qrup halında hərəkət etdiyini bildirib. Onlar əvvəlcə mərkəzi vağzalın yaxınlığında 6 pakistanlıya hücum ediblər. Bundan sonra ictimai asayişi pozanlar qruplara bölünüblər və 5 nəfərlik qrup bir suriyalıya hücum edib.

Xatırladaq ki, bundan öncə KİV-də Yeni il qabağı Kölndə mərkəzi vağzalın yaxınlığındakı meydanda əsasını miqrantların təşkil etdiyi minə yaxın gəncin ictimai asayişi pozduğu, polisə 500-ə yaxın şikayət ərizəsinin daxil olduğu barədə məlumat yayılmışdı. Hətta qadınların sataşma, təhqir etmə, qarət etmə və təcavüzə məruz qaldığı bildirilmişdi.

İndi istintaq əcnəbilərə hücumların bu olayla bağlılığını da araşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR