“Cənub” ES üzrə ötən il texniki iqtisadi göstəricilər yüksək olub

“Cənub” ES üzrə ötən il texniki iqtisadi göstəricilər yüksək olub
15:53 11 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
“Cənub” elektrik stansiyası (ES) üzrə 2015-ci ildə 3 milyard 801,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Ötən ilin dekabr ayında isə müəssisədə elektrik enerjisi üzrə istehsal təxminən 472,6 milyon kilovat-saat təşkil edib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə olunub.
Qeyd edək ki, 2013-cü ildə istismara verilən elektrik stansiyası üzrə 9 milyard 270,2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cenub_ES_uzre_oten_il_texniki_iqtisadi_gostericiler_yuksek_olub-917463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR