Gömrükçülər 20 minə yaxın qaçaqmal siqaret ələ keçirib

Gömrükçülər 20 minə yaxın qaçaqmal siqaret ələ keçirib
15:59 11 Yanvar 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.

 

Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən  daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Mehman  Hüseyn oğlunun idarə etdiyi 90 ZL 285 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan  18000 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR