Bu gün dünyada milli parklar və qoruqlar günü kimi qeyd olunur

Bu gün dünyada milli parklar və qoruqlar günü kimi qeyd olunur
16:02 11 Yanvar 2016
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün dünyada milli park və qoruqlar günü kimi qeyd olunur.
"Report" xəbər verir ki, Azərbaycanda 9 milli park, 11 dövlət qoruğu mövcuddur.
Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir.
Hazırda milli parklar ölkə ərazisinin 3,7%-ni təşkil edir.
Qoruqlar və milli parklar həm də elmi əhəmiyyət daşıyır.
Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılıb.
Qeyd edək ki, Azərbaycanda 24 təbiət yasaqlığı mövcuddur.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/dunyada-milli-parklar-ve-qoruqlar-gunu-kimi-qeyd-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR