18 min ədəd xarici markalı siqareti gömrükdən keçirtmək cəhdi alınmadı (FOTO)

18 min ədəd xarici markalı siqareti gömrükdən keçirtmək cəhdi alınmadı (FOTO)
16:13 11 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi "90 ZL 285" dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18 min ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2478921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR