Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Televiziya tamaşaçısı hansı kanalı seçir?

Televiziya tamaşaçısı hansı kanalı seçir?

Date: 11 January 2016 16:22

Möhtəşəm yeni binasını xidmətə açan "Xəzər" televiziyası ötən il "prime time" adı verilən və 18:00 ilə 00:00 arasını əhatə edən saatlarda ən çox izlənən kanal olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan telekanallarının da reytinqini ölçən "AGB Nielsen" media araşdırmaları şirkətinin təkcə dekabr ayına olan göstəricilərindən anlamaq olur.

"Ailənizin kanalı" şüarı ilə fəaliyyət göstərən Xəzər TV təkcə xəbərlər yox, serialları və əyləncə proqramları ilə də axşam tamaşaçılarının ən çox izlədiyi telekanal olub.

Azərbaycanda televiziya xəbərçiliyində özünəməxsus stillə seçilən "Xəzər Xəbər" isə rəqiblərini açıq fərqlə qabaqlayıb. "Xəzər Xəbər" təkcə informasiya proqramlarını yox, televiziya tamaşaçılarını cəlb edən bütün baxımlı verilişləri üstələyib. Dekabr ayının reytinqinə görə, "Xəzər Xəbər" Bakıda 13,74% AMR, bütün ölkə ərazisində isə 15,08% AMR ilə birinci olub. "Xəzər Xəbər"in ən yaxın rəqibi isə Bakıda 10,87%, bütün ölkə ərazisində isə 9,65% AMR əldə edə bilib.

"Bir ailəm var" və "Həyat, sən nə qəribəsən" adlı seriallar gündəlik yayımlanmasına baxmayaraq, həftədə bir gün efirə gedən rəqiblərini geridə qoyub. Gündəlik yayımlanmasına baxmayaraq "Həyat sən nə qəribəsən" serialı 17,49%, "Bir ailəm var" isə 15,54% AMR ilə həftəlik rəqiblərindən daha çox izlənib.

Xəzər TV yeni il axşamının da ən çox baxılan telekanalı olub. Dekabrın 31-də və yanvarın birinə keçən gecə Azərbaycanda ən çox baxılan yüz verilişin ilk onluğundakı 8 veriliş Xəzər TV-yə məxsus olub.

Tamaşaçılar Yeni il gecəsində ən çox "Həyat, sən nə qəribəsən" serialına baxıblar. Bunu "Xəzər Xəbər", "Bir ailəm var" serialı, "İdmanda bu gün" və "5-də 5" musiqili əyləncə şousu təqib edib.
 

Milli.Az


Tags:  Televiziya tamaşaçısı hansı kanalı seçir


RƏYLƏR


Top news