"Kəpəz" klubu daha bir futbolçu ilə yollarını ayırıb

"Kəpəz" klubu daha bir futbolçu ilə yollarını ayırıb
16:27 11 Yanvar 2016
12 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Yevlaxda təlim-məşq toplanışına start verən "Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, gəncəlilər qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitniklə vidalaşıb.
Hücumçu cari mövsümdə 17 oyunda meydanda olaraq rəqib qapısından iki top keçirib. O, "Qəbələ" və "Sumqayıt"la səfər oyunlarında fərqlənib.
Qeyd edək ki, "Kəpəz" daha öncə Rəşad Eyyubov, Məhərrəm Hüseynov, Murad Ağakişiyev və Ziyabil Məmmədovlə yollarını ayırıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kepez-klubu-daha-bir-futbolcu-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR