SOCAR Türkiyədə neft axtarası olmadı

SOCAR Türkiyədə neft axtarası olmadı
16:31 11 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri üzrə Baş Direktorluğu 5 şirkətin Tekirdağ bölgəsində neft axtarışını həyata keçirmək üçün müvafiq müraciətinə mənfi cavab verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, SOCAR da daxil olmaqla, 5 şirkət neft axtarmaq üçün Türkiyəyə müraciət etmişdi. Həmin şirkətlər "Memba Enerji ve Madencilik", "SOCAR Petrol Arama ve Üretim", "3S Kale Enerji Üretim", "Transatlantic" və "Alpay Enerji"dir.

Şirkətlər Təkirdağ vilayəti sərhədlərində 14 min 537 hektar sahədə neft axtarmaq üçün lisenziya almaq üçün müraciət etmişdilər.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə 2015-ci ildə 73 yeni neft və qaz quyusu qazıb. ARDNŞ-dən verilən məlumata görə, 2015-ci ilin dekabrında 6 min 686 metr, il ərzində isə cəmi 104 min 411 metr qazma işi aparılıb. 2015-ci ildə qazma işlərinin 103 min 411 metri istehsal qazmaya, min metri isə kəşfiyyat qazmaya aiddir.

Onu da deyək ki, bu göstəricilər xarici şirkətlərlə aparılan birgə qazma işlərini əhatə etmir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. ARDNŞ istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər ARDNŞ dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. ARDNŞ-nin hal-hazırki rəhbəri Rövnəq Abdullayevdir.


Rövnəq Abdullayev - ARDNŞ-nin rəhbəri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR