Nizami Kino Mərkəzindən növbəti aksiya: "Ümid yeri" uşaq sığınacağının sakinlərinə animasiya filmi nümayiş olunub - FOTO

Nizami Kino Mərkəzindən növbəti aksiya: "Ümid yeri" uşaq sığınacağının sakinlərinə animasiya filmi nümayiş olunub - FOTO
16:37 11 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi "Ümid yeri" uşaq sığınacağı sakinlərinə ABŞ istehsalı olan "Ov mövsümü" animasiya filmini nümayiş edib.

Böyük maraqla filmi izləyən uşaqlar nümayişdən sonra Nizami Kino Mərkəzi tərəfindən kinomərkəzin "Nizami Restaurant & Lounge" restoranında nahara dəvət olunublar. Nahardan əvvəl onlara məşhur animator "Mister White" (Oleq) köpük şousu nümayiş edib.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin rəhbərliyi, "Nizami Restaurant & Lounge" restoranının meneceri Kamilə Abbasova və onun dəvəti ilə uşaqlara şou nümayiş edən Oleq bu tədbiri tam təmənnasız təşkil ediblər.

Balaca qonaqlar adından sığınacağın rəhbəri Nigar Mənsimli uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürünü bildirib. O, sığınacağda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolu olduğunu qeyd edib.
Nizami Kino Mərkəzinin rəhbərliyi bu xeyirxah təşəbbüsdə daima dəstəyə hazır olduğunu qeyd edib və əməkdaşlığın davamlı olacağını arzu edib.





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/396956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR