Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tarkan əsəbləşdi: "Həyat yoldaşım olacaq Pınar..."

Tarkan əsəbləşdi: "Həyat yoldaşım olacaq Pınar..."

Date: 11 January 2016 16:41

Müğənni Tarkan ilk dəfə evlənməyə hazırlaşdığı Pınar Dilek haqqında danışıb.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədə sevgilisi haqda yayılan iddialarla bağlı yazıb:

“Medianın və cəmiyyətin insafsız nəzarəti altında yaşamaq necə olur, bilirsiniz? Hər gün haqqımda yazılan əsassız xəbərlərin qarşısında susmağın necə ağır yük olduğunu başa düşürsünüz? Heç özünüzü mənim yerim qoyub başa düşməyə çalışdınız? Həyatıma və məhrəmiyyətimə bu dərəcədə müdaxilə etməyi hansı əsasla özünüzdə haqq tapmısınız? Şöhrətin bədəli ən insani haqqım olan şəxsi həyatıma hörmətsizlik edilməsidir? Evlənməyə qərar verdiyim haqda xəbərlərin ictimaiyyət arasında yayılmasından bu günədək həm mənimlə, həm də həyat yoldaşım olacaq Pınar Dileklə bağlı mediada, sosial şəbəkədə yazılan şərhlər sizə yaraşırmı?

Bir insanı iftira və yalanla ləkələmək bu qədərmi asandır? Bu həm özünə, həm də mənə edilən hörmətsizlik deyilmi? Onun da qəlbinin, qürurunun olduğunu, həm özünün, həm də ailəsinin kədərlənəcəyini heç düşünmədiniz? Bir başqasının göz yaşına səbəb olacaq iftiralarla, yalanlarla xəbər hazırlayıb reytiqn yığmaq – bu necə jurnalistlikdir? Belə informasiyaları oxuyub onlara etimad göstərən insanların ürəyində mərhəmət hissi yoxdur?

“Demokratiya”adı altında yaşadığımızı bu ölkədə tanınmış adamlara edilən bu haqsızlıq insan haqlarının tapdanması demək deyil? Şəxsi həyata müdaxilənin bir həddi olmalıdır. Sənətimə, dinləyicimə olan hörmətim və xoş niyyətimlə addımladığım şöhrət yolunda qarşılaşdığım bu haqsızlıqlar son tapmayacaqmı? Maqazin dünyasının və cəmiyyətin şəxi həyatımıza daha hörmətlə yanaşmalarını xahiş edir və şəxsi həyata olan zorakı zehniyyətin dəyişməsini təvəqqe edirəm…” Sevgilərlə, Tarkan”.

Qeyd edək ki, mediada Pınar Dileyin Tarkanın adi bir fanatı olması və illər əvvəl Almaniyadakı konsert zamanı kulisdə tanış olmalarıyla bağlı xəbərlər yer almışdı.

Tags:  Tarkan əsəbləşdi Həyat yoldaşım olacaq Pınar

RƏYLƏR


Top news