MSK sədri siyasi partiyaların hesabat probleminə aydınlıq gətirdi

MSK sədri siyasi partiyaların hesabat probleminə aydınlıq gətirdi
16:43 11 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi siyasi partiyaların illik maliyyə hesabatı təqdim etməməsinə münasibət bildirib.

M.Pənahov Trend-ə bildirib ki, bəzi partiyaların hesabat verməsində yaranan problem hesabatların MSK-ya təqdim edilməsinin yeni təcrübə olması ilə bağlıdır.

M.Pənahov hesab edir ki, yeni təcrübə olduğuna görə müəyyən qədər problemlərin olmasında elə bir ciddi qusur yoxdur: “Yəqin ki, zamanla hər şey qaydasına düşəcək. Məndə şübhə yoxdur ki, bu problemlər də həll olunacaq və partiyaların hamısı hesabat verəcəklər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan dördü 2014-cü il üzrə maliyyə hesabatını indiyə qədər MSK-ya təqdim etməyib.

Siyasi partiyalar maliyyə hesabatı MSK-ya 2014-cü ildən təqdim etməyə başlayıblar. Əvvəl isə siyasi partiyalar illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim edirdilər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2478939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR