Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Ermənistana müasir pilotsuz uçan aparatlar göndərib

Rusiya Ermənistana müasir pilotsuz uçan aparatlar göndərib

Date: 11 January 2016 16:54

 

 

Rusiya Ermənistandakı hərbi bazasına müasir “Taxion” pilotsuz uçan aparatlar (PUA) göndərib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ixtisaslaşmış mütəxəssislər bir neçə ay ərzində Kamxud və Alagöz poliqonlarında pilotsuz uçan aparatlarla bağlı şəxsi heyətə təlim keçəcəklər.

 

Qeyd edək ki, “Taxion” pilotsuz uçan aparatlar 40 km məsafədə əlverişsiz hava şəraitində hərbi kəşfiyyat məqsədilə istifadə edilə bilər.


Tags:  Rusiya Ermənistana müasir pilotsuz uçan aparatlar göndərib

RƏYLƏR


Top news