Tanınmış şahmatçı Vüqar Həşimovun vəfatından iki il ötür

Tanınmış şahmatçı Vüqar Həşimovun vəfatından iki il ötür
16:58 11 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür.
AZƏRTAC xəbər verir ki, yanvarın 11-də Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanı üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailə üzvləri mərhum şahmatçının məzarını ziyarət edib, abidəsi önünə gül dəstəsi qoyublar.
Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. Bu il də həmin turnirin keçirilməsi üçün lazımi tədbirlər görüləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taninmis_sahmatchi_Vuqar_Hesimovun_vefatindan_iki_il_otur-917503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR